...

“YouTube” bu populyar bölmələri bağlayacaq

Dünya xəbərləri Materials 11 İyul 2025 21:00 (UTC +04:00)
“YouTube” bu populyar bölmələri bağlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“YouTube” populyar yeni videoların yerləşdiyi “Trenddə olan” (Trending –ing) bölməsini yaxın zamanda bağlayacağını elan edib. Eyni zamanda “İndi trenddə olan” (Trending now-ing) bölməsinin bir müddət sonra videohostinq platformasından yoxa çıxacağı deyilir.

Trend xəbər verir ki, bu barədə “Google” korporasiyası məlumat yayıb.

Platforma dəyişikliklərə əsasən, diqqəti istifadəçilərə onların üstünlük verdikləri kontent əsasında müxtəlif katoqriyalardan olan populyar video-məzmunların göstəriləcəyi çartlara yönəldəcək.

Populyar kontent bundan sonra artıq mövcud olan “İcmal” (Review-ing) bölməsində yer alacaq. Həmin bölmədə artıq “Oyunlar”, “Filmlər”, “Şortlar” , yerli trendlər kimi alt-kateqoriyalar yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti