...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

İqtisadiyyat Materials 12 İyul 2025 12:12 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,84 ABŞ dolları və ya 2,51% artaraq, 75,24 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,02 dollar/barel, minimum isə 74,04 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 74,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,91 ABŞ dolları və ya 2,65% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 74,83 dollar/barel, minimum isə 73,18 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,94 ABŞ dolları və ya 3,4% artaraq 59,14 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,87 dollar/barel, minimum isə 58,04 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,1 dollar və ya 3,01% bahalaşaraq, 71,82 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 72,63 dollar/barel, minimum isə 70,59 dollar/barel təşkil edib.

Neftin növü / tarix

7.07.2025

8.07.2025

9.07.2025

10.07.2025

11.07.2025

Orta qiymət

Azeri LT CIF

$74,7

$75,49

$76,02

$74,4

$75,59

$75,24

Azeri Light FOB Ceyhan

$73,46

$74,29

$74,83

$73,18

$74,37

$74,03

Urals (EX NOVO)

$58,53

$59,33

$59,87

$58,04

$59,86

$59,14

Dated Brent

$71,3

$72,05

$72,54

$70,59

$72,63

$71,82

Məqalədə:
Xəbər lenti

Xəbər lenti