...

Türkiyədə fabrik işçiləri qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 13 İyul 2025 00:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin qərbində yerləşən Aydın vilayətində kağız fabrikinə aid 50-yə yaxın işçi nahardan sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Trend xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Fabrikdən verilən məlumata görə, 46 işçi nahardan bir müddət sonra qusma və başgicəllənmə əlamətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər müayinə olunaraq evə buraxılıblar.

Hadisə ilə bağlı qida zəhərlənməsi ehtimalı üzrə araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti