...

"Neftçi"nin sabiq hücumçusu karyerasını BƏƏ-də davam etdirəcək

İdman Materials 12 İyul 2025 18:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəsl" klubuna transfer olunub.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu ilə bağlanmış müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin heyətində çıxış edib. Onun sonuncu klubu Macarıstan təmsilçisi "Ferentsvaroş" olub.

Xəbər lenti

Xəbər lenti