Bakı. Trend:
Qərb ölkələri İranın nüvə sazişi bağlaması üçün “dedlayn” (son müddət – red.) təyin edib. Rəsmi Tehran həmin müddətə qədər danışıqlarda ortaq məxrəcə gəlməsə ona qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
“İran avqust ayının sonuna qədər ABŞ və onun müttəfiqləri ilə nüvə sazişini razılaşdırmalıdır”, - məlumatda qeyd olunur.
Qeyd edilir ki, “dedlayn” ABŞ dövlət katibi Marko Rubio və Fransanın, Almaniyanın və Böyük Britaniyanın xarici işlər nazirləri arasında telefon danışığı zamanı razılaşdırılıb.
Əgər Tehran razılaşmanı qəbul etməsə, bu, BMT Təhlükəsizlik Şurası tərəfindən əvvəllər tətbiq edilmiş bütün sanksiyaların avtomatik şəkildə bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salacaq.