...

Azərbaycanın qaz ixracından gəlirləri 11%-dən çox artıb

İqtisadiyyat Materials 17 İyul 2025 10:55 (UTC +04:00)
Azərbaycanın qaz ixracından gəlirləri 11%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 12,365 milyard kubmetr qaz halında təbii qaz ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda qaz ixracından əldə olunan gəlir 4,542 milyard ABŞ dolları olub.

Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 539 milyon kubmetr və ya 4,6%, dəyər ifadəsi ilə 473 milyon ABŞ dolları, yaxud da 11,6% artıb.

Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycandan 11,826 milyard kubmetr həcmində, 4,069 milyard ABŞ dolları dəyərində qaz halında təbii qaz ixrac edilmişdi.

Qaz ixracı 2025-ci ilin ilk altı ayının ixracına nisbətən 35,27% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti