...

İlk 6 ayda müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ açıqlandı

Cəmiyyət Materials 17 İyul 2025 10:52 (UTC +04:00)
İlk 6 ayda müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554 mln. manat, Prezident təqaüdləri üzrə 348 mln. manat ödənilib.

"Cari ilin 6 ayında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti