...

Tramp “Coca Cola” məhsuluna şəkərin tərkibə yenidən əlavə olunmasına nail olub

Dünya xəbərləri Materials 17 İyul 2025 10:18 (UTC +04:00)
Tramp “Coca Cola” məhsuluna şəkərin tərkibə yenidən əlavə olunmasına nail olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “Coca Cola” şirkətinin ABŞ bazarı üçün öz məhsullarının tərkibinə əvəzləyicinin yerinə şəkərqamışından hazırlanan şəkərinəlavə olunması ilə bağlı razılığa gəldiyini bəyan edib.

Trend xəbər verir ki, bu haqda Ağ Ev rəhbəri öz "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu məsələ ilə bağlı istehsalçılarla danışıqlar aparıb və müvafiq qərar qəbul edən kəslərə təşəkkür etmək istəyir.

Qeyd edək ki, hazırda “Coca Cola” öz məhsullarında şəkər əvəzinə yüksək fruktoza konsentrasiyasına malik olan qarğıdalı siropundan istifadə edir. Əksər ölkələrdə isə reseptə şəkərqamışından hazırlanan şəkər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti