...

Bakıda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Hadisə Materials 17 İyul 2025 09:10 (UTC +04:00)
Bakıda avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Trend-in məlumatına görə, hadisə iyulun 16-da qeydə alınıb.

Belə ki, Abbasov Ramin Miir oğlu idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən piyada 1985-ci il təvəllüdlü Şirəliyeva Arzu Abasqulu qızını vurub və piyada xəsarət alaraq hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti