...

ASOSAI İdarə Heyətinə üzvlük etimad və məsuliyyətdir - Vüqar Gülməmmədov

İqtisadiyyat Materials 17 İyul 2025 10:55 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı: Trend

Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir.

Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclasında çıxışı zamanı bildirib.

O, Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Vüqar Gülməmmədov qeyd edib ki, ASOSAI İdarə Heyətinə üzv seçilmək həm etimad, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyətdir.

Sədr çıxışında əlavə edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli qurulmasına şərait yaradacaq. O, həmçinin Azərbaycanda həyata keçirilən dövlət maliyyə idarəetməsi islahatları və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə fikirlərini bölüşüb.

Xəbər lenti

Xəbər lenti