...

İraqda ticarət mərkəzində yanğın: ölənlərin sayı artır (VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 İyul 2025 15:44 (UTC +04:00)
İraqda ticarət mərkəzində yanğın: ölənlərin sayı artır (VİDEO) (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraqın Kut şəhərində yerləşən iri ticarət mərkəzində baş verən yanğında həyatını itirənlərin sayı 63-ə çatıb, 40 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə INA agentliyi İraqın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Kut şəhərində yanğının baş verdiyi ticarət mərkəzi bir neçə gün əvvəl fəaliyyətə başlamışdı. Yanğının ticarət mərkəzinin hipermarket və restoran olan hissəsində meydana gəldiyi deyilir.

xxx

12:05

İraqda Bağdadın cənubunda yerləşən Kut şəhərində ticarət mərkəzinin binasında baş vermiş dəhşətli yanğın nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə İraq DİN məlumat yayıb.

Məlumata görə, ticarət mərkəzinin içində xilasedicilər 14 nəfərin meyitini yanaraq tanınmaz halda aşkarlayıb. Yanğınsöndürənlər binadan 45 nəfəri xilas edə bilib.

Vəsit əyalətinin inzibati rəhbəri Məhəmmə Əl-Məhəyi yanğının binanın hipermarket və restoranının yerləşdiyi hissəsində başladığını bildirib.

Hadisənin araşdırılması üçün istintaq qrupu yaradılıb. İstintaqın ilkin nəticələri 48 saat ərzində ictimailəşdiriləcək.

xxx

09:45

İraqın Əl-Küt şəhərində yerləşən hipermarketdə güclü yanğın baş verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yerli rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində azı 50 nəfər həyatını itirib.

Gecədən hadisə yerinə xeyli sayda yanğınsöndürmə dəstələri səfərbər olunub. Xilasedicilər az qala bütün hündürmərtəbəli binanı əhatə edən alovu söndürməyə çalışır.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti