...

Alimlər yuxusuzluğun çarəsini tapıb

Dünya xəbərləri Materials 16 İyul 2025 14:58 (UTC +04:00)
Alimlər yuxusuzluğun çarəsini tapıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yoqa, tayçzi, gəzinti və qaçış yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və yuxusuzluqla mübarizədə köməkçi ola bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir nəticəyə 1348 nəfərin iştirak etdiyi 22 klinik araşdırmanı təhlil edən alimlər gəliblər.

Yuxusuzluq ən geniş yayılmış yuxu problemlərindən biridir. Yuxusuzluq depressiya, demensiya və ürək-damar xəstəlikləri riskini artırır. Dərman preparatları çox vaxt yan təsirlərə səbəb olur, koqnitiv-davranış terapiyası isə mütəxəssis çatışmazlığı səbəbindən hər kəs üçün əlçatan deyil. Buna görə də alimlər alternativ kimi hansı fiziki fəaliyyət növlərinin təsirli ola biləcəyini araşdırıblar.

Təhlillər göstərir ki, yoqa ümumi yuxu müddətini demək olar ki, iki saat artırır, onun səmərəliliyini yaxşılaşdırır və yuxuya getdikdən sonra oyaq qalma müddətini azaldır. Tayçzi də oxşar nəticələr verir, həmçinin zəif yuxu keyfiyyətinin göstəricilərini əhəmiyyətli dərəcədə azaldır və yuxuya getmək üçün tələb olunan vaxtı qısaldır.

Müntəzəm gəzinti və ya qaçış isə yuxusuzluq simptomlarının ifadəliliyini əhəmiyyətli dərəcədə azaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti