...

Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib

Cəmiyyət Materials 16 İyul 2025 17:22 (UTC +04:00)
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən iyul ayının birinci yarısında daha 665 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 328 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Muxtar Respublikasında, 337 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Bildirilib ki, təşkil olunan kurslar, əsasən, aşpaz, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, bərbər-vizajist-manikürçü, qənnadçı, şirniyyatçı, ofisiant, dərzi, xalça məmulatları üzrə bərpaçı-rəssam peşələri üzrədir.

Qeyd edilib ki, kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti