Bakı. Trend:
Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci toplantısının rəsmi hissəsində İdarə Heyətinin 60 və 61-ci toplantıların protokolları təsdiqlənib, təşkilatın 2024-cü il üzrə fəaliyyəti və maliyyə hesabatları, eləcə də 2026–2028-ci illəri əhatə edən büdcə planı nəzərdən keçirilib.
Trend xəbər verir ki, toplantıda ASOSAI Strateji Planı, təşkilatın digər regional qurumlarla əməkdaşlığı, işçi qrupların illik fəaliyyəti və ASOSAI Jurnalının yeni buraxılışları ilə bağlı təqdimatlar olub.
Gündəlikdə yer alan əsas məsələlərdən biri isə INTOSAI İdarə Heyətinə 2025–2031-ci illər üzrə iki yeni üzvün və INTOSAI-ın kənar auditorunun seçilməsi olub. Seçkilərin nəticələri ilə bağlı məlumatlar yaxın günlərdə paylaşılacaq.