Bakı. Trend:
Bu gün Azərbaycan kubokunun sahibi “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyada “Selye” komandası ilə üz-üzə gəlib.
Trend xəbər verir ki, Bakı təmsilçisi ilk matçda 2:3 hesabı ilə məğlub olduğundan mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi.
Oyun ərzində hesabı açan “Sabah” bir müddət sonra geri düşsə də, Coy Lens Mikelsin uğurlu çıxışı sayəsində nəticəni öz lehinə dəyişib. O, iki dəqiqə ərzində iki qol vuraraq komandasını hesabda önə çıxarıb.
90 dəqiqənin sonunda hesab 3:2 olduğu üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda isə “Selye” daha üstün oynayaraq həlledici qolu vurub və mərhələ adlayıb.
Nəticədə, “Sabah” mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
XXX
21:10
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Sabah” səfərdə Sloveniya təmsilçisi “Çelye”nin qonağı olacaq.
Trend xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyun öncəsi komandaların start heyətləri açıqlanıb:
“Çelye”:
21. Sluqa, 2. Xuanxo Nyeto, 3. Vuklişeviç, 6. Tutişkinas, 23.
Karniçnik (k), 8. Kvesiç, 19. Zabukovnik, 11. Avdili, 10. Şturm,
20. İosifov, 9. Kovaçeviç
Baş məşqçi: Albert Riera
“Sabah”:
92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor
Noqeyra, 80. Akim Zedadka, 88. Xəyal Əliyev, 6. Abdullah Xaybulaev,
13. İvan Lepinitsa, 10. Anatoli Nuriyev, 18. Pavol Şafranko, 20.
Coy Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas