Bakı.Trend:
Zərdabda yabanı halda bitən çətənə bitkiləri məhv edilib
Trend xəbər verir ki, bu barədə Daxioli İşlər Nazirliyi məlumat yayıb.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 ton 480 kq olan 1985 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.