...

Amerikalı pop-musiqi əfsanəsi vəfat edib

Mədəniyyət Materials 17 İyul 2025 16:18 (UTC +04:00)
Amerikalı pop-musiqi əfsanəsi vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1950-1960-cı illərin pop-musiqi əfsanəsi sayılan və dünyada “Pretty Little Baby” mahnısı ilə məşhur olan Konni Frensis 87 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə “The Independent” yazır.

Frensisin ölümü xəbərini onun yaxın dostu, məşhur “Concetta Records” leyblının prezidenti Ron Roberts də öz “Facebook” səhifəsində təsdiqləyib.

Müğənni iki həftə əvvəl çanaq nayihəsində “kəskin ağrılarla” əlaqədar xəstəxanaya müraciət etmişdi. Onun sözlərinə görə, həkimlər bu ağrının “sınıqla əlaqəli olduğunu” demişdilər.

Hələlik ölümün rəsmi səbəbi açıqlanmır.

Qeyd edək ki, Konni Frensis 1950-60-cı illərdə Yaponiya, ABŞ, Almaniya, Böyük Britaniya və başqa ölkələrdə ən uğurlu pop-musiqi ifaçılarından hesab olunurdu. O “Billboard Hot 100” çartında birinci yer tutan ilk qadın müğənni kimi tarixə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti