...

“Real Madrid” Vinisiusla danışıqları dayandırdı

İdman Materials 17 İyul 2025 13:23 (UTC +04:00)
“Real Madrid” Vinisiusla danışıqları dayandırdı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Real Madrid” klubu futbolçusu Vinisius Juniorla müqavilənin uzadılması barədə danışıqları dayandırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb futbolçunun maaşında endirimi qəbul etməməsi və əksinə, məvacibinin artırılmasını tələb etməsidir.

O, “kral klubu”ndan ilinə 30 milyon avro istəyib. Lakin madridlilər bununla razılaşmayıb və ona satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, 25 yaşlı hücumçunun “Real Madrid”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti