Bakı. Trend:
Ukraynada Ali Rada yeni baş nazir Yuliya Sviridenkonun təqdimatı əsasında ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.
Trend xəbər verir ki, rəqəmsal transformasiya naziri və baş nazirin birinci müavini vəzifəsinə Mixail Fyodorov təyin olunub.
Ukraynanın bərpası üzrə baş nazirin müavini – icmaların və ərazilərin inkişafı naziri vəzifəsini Oleksiy Kuleba tutub (vəzifəsini saxlayıb).
Taras Kaçka Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası məsələləri üzrə baş nazirin müavini təyin edilib.
Ukraynanın gənclər və idman naziri vəzifəsini Matvey Bednıy (vəzifəsini saxlayıb), ədliyyə naziri – Qerman Qaluşenko, energetika naziri – Svetlana Qrinçuk, veteranlarla iş üzrə nazir – Nataliya Kalmıkova (vəzifəsini saxlayıb), daxili işlər naziri – İqor Klimenko (vəzifəsini saxlayıb), təhsil və elm naziri – Oksen Lisovoy (vəzifəsini saxlayıb), səhiyyə naziri – Viktor Lyaşko (vəzifəsini saxlayıb), maliyyə naziri – Sergey Marçenko (vəzifəsini saxlayıb), iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri – Aleksey Sobolyov, sosial siyasət, ailə və birliyin təmin olunması naziri – Denis Ulyutin təyin olunublar.