...

"Arsenal"dan rekord məbləğdə transfer

İdman Materials 17 İyul 2025 17:51 (UTC +04:00)
"Arsenal"dan rekord məbləğdə transfer
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Arsenal” futbol klubunun qadın komandası rekord transferə imza atıb.

Trend xəbər verir ki, “Topçular” kanadalı futbolçu Oliviya Smitin transferi üçün “Liverpul”a 1 milyon funt sterlinq ödəyib.

Bu, qadın futbolu tarixində bir oyunçu üçün ödənilən ən yüksək məbləğ hesab olunur.

Qeyd edək ki, əvvəlki rekord bu ilin yanvarında “Çelsi” klubunun amerikalı mərkəz müdafiəçisi Naomi Qirmanını transfer etmək üçün ödədiyi 1,1 milyon dollar (təxminən 890 min funt sterlinq) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti