...

Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlanıldı (VİDEO)

Gündəm Materials 17 İyul 2025 11:32 (UTC +04:00)
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlanıldı (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar.

Bildirilib ki, onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti