...

Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının 50%-ini iki ölkə alır

İqtisadiyyat Materials 17 İyul 2025 13:03 (UTC +04:00)
Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının 50%-ini iki ölkə alır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 1,754 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 158 milyon ABŞ dolları və ya 9,9% çoxdur. Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan xarici ölkələrə 1,596 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixrac olunmuşdu.

Hesabat dövründə qeyri-neft məhsullarının böyük hissəsi Rusiya (586,014 milyon ABŞ dolları) və Türkiyəyə (287,245 milyon ABŞ dolları) ixrac edilib. İki ölkəyə ixrac olunmuş məhsullar ümumi ixracın 49,79%-ini təşkil edib.

Digər ölkələrə isə 880,806 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixrac olunub ki, bu da, ümumi ixracın 50,21%-ini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti