...

AMB Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi ilə əməkdaşlığı müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 17 İyul 2025 17:15 (UTC +04:00)
AMB Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi ilə əməkdaşlığı müzakirə edib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzinin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı qəbul edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti