...

INTOSAI-nin 2026-2028-ci illər üzrə xarici auditoru müəyyənləşib (FOTO)

İqtisadiyyat Materials 17 İyul 2025 16:11 (UTC +04:00)
INTOSAI-nin 2026-2028-ci illər üzrə xarici auditoru müəyyənləşib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Beynəlxalq Ali Audit Qurumları Təşkilatının (INTOSAI) 2026–2028-ci illər üzrə xarici auditorunun müəyyənləşdirilməsi ilə bağlı seçkiləri keçirilib.

Trend xəbər verir ki, bu, bu gün Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) İdarə Heyətinin 62-ci iclası çərçivəsində baş tutub.

Belə ki, əvvəlcə nümayəndələr öz namizədliyini irəli sürüb və uyğun hesab olunan Ali Audit Qurumları (AAQ) elan edilib. Daha sonra seçki prosesinə start verilib.

Seçki nəticələrinə əsasən, nümayəndələrin səs çoxluğu ilə Koreya Respublikası INTOSAI-nin 2026–2028-ci illər üzrə xarici auditoru seçilib.

Xəbər lenti

Xəbər lenti