...

Suraxanıda 3,9 kiloqram narkotik vasitə aşkarlanıb

Gündəm Materials 17 İyul 2025 14:14 (UTC +04:00)
Suraxanıda 3,9 kiloqram narkotik vasitə aşkarlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Suraxanı rayonunda 3,9 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Suraxanı rayonu ərazisində həyata keçirilən növbəti tədbirlər zamanı 40 yaşlı E.Əliyev və 53 yaşlı Y.Tariverdiyev saxlanılıblar. Onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti