Bakı. Trend:
Fransa Senqaldakı son iki hərbi obyektini yerli hakimiyyətə təhvil verib. Bununla Fransanın 1960-cı ildən bəri Qərbi Afrika ölkəsində davam etmiş hərbi iştirakı başa çatıb.
Trend xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Təhvil-təslim mərasimi Dakar şəhərində keçirilib: Fransanın Seneqaldakı ən iri hərbi düşərgəsinin simvolik açarları yerli hakimiyyət nümyəndələrinə təhvil verilib.
Fransa hərbçilərinin Seneqaldan çıxarılması mart ayında başlayıb və o vaxtdan bəri Fransa Silahlı Qüvvələri yerli orduya bir neçə hərbi obyekt təhvil verib.