...

Böyük Britaniya və Almaniya 2 min kilometrdən çox uçuş məsafəsinə malik raketlər hazırlayacaq

Dünya xəbərləri Materials 17 İyul 2025 08:49 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya və Almaniya 2000 kilometrdən artıq uçuş məsafəsinə malik yeni nəsil raketlərin hazırlanması üzrə birgə layihəyə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisindən verilən açıqlamada bildirilir.

Açıqlama Almaniya kansleri Fridrix Mersin 17 iyulda Londona nəzərdə tutulan səfəri ərəfəsində yayılıb.

Qeyd olunur ki, liderlər yaxın onillikdə yüksək dəqiqlikli zərbə imkanlarının yaradılması ilə bağlı yeni öhdəlik götürməyə hazırlaşır. Yeni raketlərin sürətli hazırlanması həm Britaniya əhalisinin təhlükəsizliyini artıracaq, həm də NATO-nun çəkindirmə potensialını gücləndirəcək. Eyni zamanda layihə Birləşmiş Krallıq və Avropa müdafiə sənayesinə böyük investisiya axınına səbəb olacaq.

Yeni sistem Britaniyanın indiyədək hazırladığı ən müasir hərbi texnologiyalardan biri olacaq.

Xəbər lenti

Xəbər lenti