...

Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi olub

Dünya xəbərləri Materials 17 İyul 2025 12:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ukraynaya daha 1000 ukraynalı əsgərin meyitini təhvil verib.

Trend rus KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski açıqlama verib.

Məlumata görə, bunun əvəzində Ukrayna tərəfi Rusiyaya 19 rusiyalı əsgərin meyitini ötürüb.

Əsir mübadiləsi İstanbul razılaşmaları əsasında baş tutub.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbul danışıqlarının 2-ci turu iyunun 2-də İstanbulda baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti