...

Papa Leo adından Ukraynaya humanitar yardım göndərilib

Dünya xəbərləri Materials 16 İyul 2025 19:50 (UTC +04:00)
Papa Leo adından Ukraynaya humanitar yardım göndərilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo adından Ukraynaya humanitar yardım göndərilib.

Trend xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Xarkov şəhərinin bəzi bölgələrinin sakinlərinə ərzaq bağlamaları çatdırılıb. Yardımlar əsasən Xarkov vilayətinin Starıy Saltiv kəndi və Şevçenkove şəhərinin sakinlərinə paylanılıb.

Kardinal Almoner Konrad Krayevski deyib ki, Roma Papası yay tətilində olmasına baxmayaraq müharibədən əziyyət çəkən Ukrayna xalqını daim düşünür.

“Xeyriyyəçilik heç vaxt tətil etmir. Papa Leo bizdən mümkün qədər tez hərəkət etməyimizi istədi”, - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ildən bəri Müqəddəs Taxt-Tac adından mütəmadi olaraq Ukraynanın müxtəlif bölgələrinə yardımlar göndərilir.

Xəbər lenti

Xəbər lenti