Bakı.Trend:
Ermənistanda təhqiqatçılar həbs olunmuş rusiyalı biznesmen Samvel Karapetyana qarşı əlavə ittiham irəli sürüblər.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
“Taşir” şirkətlər qrupunun prezidenti eyni zamanda çirkli pulların yuyulmasında ittiham olunur. Buna qədər ona konstitusiya nizamını pozmaqla bağlı çağırışlar etmək ittihamı irəli sürülmüşdü.
“Son günlər heç bir əsas olmadan Samvel Karapetyana qarşı bir neçə şirkətin fəaliyyəti nəticəsində əldə olunmuş pulların yuyulması ittihamı irəli sürülüb”, – Karapetyan komandasının yaydığı məlumatda qeyd olunub.
Komanda bu ittihamı siyasi təqib adlandıraraq, bunun hazırkı hakimiyyətin siyasi rəqiblərinə qarşı tətbiq etdiyi adi bir praktika halına gəldiyini bildirib.