...

ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək - Van İ

İqtisadiyyat Materials 16 İyul 2025 06:31 (UTC +04:00)
ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək - Van İ

Bakı. Trend:

Çin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi edəcək.

Trend-in məlumatına görə, bu barədə Çinin xarici işlər naziri Van İ ŞƏT-in baş katibi Nurlan Ermekbayevlə birgə mətbuat konfransında bildirib.

"ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək", - deyə nazir bildirib.

Çin XİN rəhbəri əlavə edib ki, 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri sammitə gələcək və “müvafiq tədbirlərdə iştirak edəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti