Bakı. Trend:
İyulun 16-na keçən gecə rusiya istifadəçilər kütləvi şəkildə "Steam" oyun platformasında nasazlıqlar barədə məlumat veriblər.
Trend-in məlumatına görə, bu barədə "Downdetector" portalı xəbər verib.
Məlumata əsasən, son bir saatda ən azı 910 şikayət daxil olub.
İstifadəçilər, həmçinin vebsayt və mobil proqramla bağlı problemlər barədə məlumat veriblər. Cəmi bir gün ərzində "Steam" platformasına daxil olması ilə bağlı 1530-dan çox şikayət daxil olub.