Bakı. Trend:
“Yelo Bank” ASC maraqlanan təşkilatları texniki tenderdə
iştiraka dəvət edir. Qeyd edək ki, texniki tenderdə yalnız nümunə
tələb olunur və qiymət təqdim edilmir. Sifarişçinin tələblərinə
cavab verən nümunələr seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri
hazırlayan tender iştirakçısı maliyyə tenderində iştirak etmək
hüququ əldə edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı və təcrübəsi, texniki və maliyyə
imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı
olmalı;
- Hazırlanma və quraşdırma kimi işlər birbaşa tender iştirakçısı tərəfindən icra edilməlidir;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya
fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə
fayllara keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/44ubV0y.
Kredit
kartları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!