...

Sabah arabir güclü külək əsəcək

Cəmiyyət Materials 16 İyul 2025 12:36 (UTC +04:00)
Sabah arabir güclü külək əsəcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +26 dərəcəyədək, gündüz +33 dərəcədən +37 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +28 dərəcədən +32 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti