Bakı. Trend:
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin Şuşa mərhələsinin tarixi dəyişdirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, əvvəlcədən elan edilmiş tarixdən fərqli olaraq, tədbir iyulun 22–23-də keçiriləcək.
Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədii tədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmış şəkildə davam edəcək.