...

"Atletiko" Conni Kardozonu transfer etdi

İdman Materials 16 İyul 2025 19:10 (UTC +04:00)
"Atletiko" Conni Kardozonu transfer etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Atletiko" "Betis"in yarımmüdafiəçisi Conni Kardozo ilə müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

ABŞ millisinin üzvü olan futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlanılıb. Braziliya əsilli 22 yaşlı oyunçu "Krisiuma", "Avai" və "İnternasional" akademiyalarında yetişib. Peşəkar karyerasına da "İnternasional"da başlayan Kardozo daha sonra "Betis"ə keçmişdi.

Qeyd edək ki, o, ötən mövsüm İspaniya klubunun heyətində 46 oyuna çıxaraq 4 qol vurub və 1 qolun ötürməsini edib.

Xəbər lenti

Xəbər lenti