Bakı. Trend:
BƏƏ-nin Etihad Airways milli aviaşirkəti Əbu-Dabiyə birbaşa sərnişin axınını artırmaq strategiyasının bir hissəsi olaraq yeddi yeni marşrutun istifadəyə verildiyini elan edib.
Trend xəbər verir ki, yeni istiqamətlər arasında Azərbaycanın paytaxtı Bakı da var.
Bu marşrut üzrə uçuşlar 2026-cı il martın 2-də başlayacaq.
"Məqsədimiz aydındır - biz daha çox sərnişini birbaşa Əbu-Dabiyə cəlb etmək istəyirik", - Etihad baş icraçı direktoru Antonoaldo Neves deyib. “Bu yeni marşrutlar bizi dinamik, mədəni cəhətdən zəngin regionlarla əlaqələndirir və BƏƏ paytaxtında turizm və ticarətə tələbatın stimullaşdırılmasına kömək edəcək”.