...

"Sumqayıt" klubu "Sabah"ın futbolçusunu icarəyə götürüb

İdman Materials 16 İyul 2025 00:52 (UTC +04:00)
"Sumqayıt" klubu "Sabah"ın futbolçusunu icarəyə götürüb

Bakı. Trend:

Rauf Rüstəmli icarə əsasında "Sumqayıt" klubunun heyətinə qoşulub.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

2025/26 mövsümü üçün heyətini gücləndirməyə davam edən "Sumqayıt", "Sabah" klubuna məxsus olan 21 yaşlı yarımmüdafiəçi Rauf Rüstəmlini bir illik icarə əsasında transfer edib.

Qeyd edək ki, "Qəbələ" futbol akademiyasının yetirməsi olan Rauf Rüstəmli karyerası ərzində "Sabah" və "Şamaxı" komandalarının formasını geyinib. O, həmçinin U-17, U-19, U-21 və "A" milli komandalarında da çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti