Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına
əsasən 2024-cü ildə
ölkə üzrə 87,2 min uşaq qızılca xəstəliyi əleyhinə peyvənd QPM-I
(vaksinasiya) edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əlavə olaraq bildirilib ki, ötən il 110,2 min uşaq isə QPM-II (revaksinasiya) olunub.
Qeyd edək ki, QPM peyvəndləri uşaqlar üçün zəruri immunlaşdırma tədbirlərindən biridir və bir çox ölkədə olduğu kimi Azərbaycanda da dövlət hesabına təmin edilir.