...

İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb

İqtisadiyyat Materials 15 İyul 2025 14:24 (UTC +04:00)
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 3 ayı (21 mart -21 iyun 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü ilə (20 mart -20 iyun 2024) müqayisədə dəyər baxımından 30,3%, çəki baxımından 12,3% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 3 ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 126 milyon dollar, çəki baxımından 197 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycana 180 milyon dollar dəyərində təxminn 225 min ton qeyri-neft məhsulları ixrac edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 3 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 185 milyon dollar dəyərində 227 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 30,8%, çəki baxımından 12,8% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 3 ay ərzində İranın qeyri-neft məhsul ixracı təxminən 11,7 milyard dollar dəyərində 34,5 milyon ton təşkil edib. 3 ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (20 mart -20 iyun 2024) müqayisədə dəyər baxımından 14,4%, çəki baxımından 9,3% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti