...

Ötən ay sosial müavinət və təqaüd alanların sayı nə qədər olub?

Cəmiyyət Materials 15 İyul 2025 11:29 (UTC +04:00)
Ötən ay sosial müavinət və təqaüd alanların sayı nə qədər olub?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 865 min nəfərdən çox olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.Onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti