...

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

İqtisadiyyat Materials 15 İyul 2025 14:55 (UTC +04:00)
Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,668 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 10 milyon manat (0,4%) artıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 83 milyon manat (3%) azalıb.

Sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 2,658 miyard manat, ötən ilin iyunun 1-nə isə 2,751 milyard manat təşkil edib.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti