...

“Meta” iri AI məlumat mərkəzlərinin tikintisinə yüz milyardlara dollar ayıracaq

Dünya xəbərləri Materials 15 İyul 2025 15:58 (UTC +04:00)
“Meta” iri AI məlumat mərkəzlərinin tikintisinə yüz milyardlara dollar ayıracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta”nın qurucusu Mark Zukerberq ABŞ-da nəhəng süni intellekt məlumat mərkəzləri qurmaq üçün yüz milyardlarla dollar xərcləyəcəyini bildirib.

Bu barədə Trend xarici mətbuata istinadla xəbər verir.

Onun sözlərinə görə, "Prometey" adlı ilk çox-giqavatlıq məlumat mərkəzi 2026-cı ildə fəaliyyətə başlamalıdır. Platformalardan biri demək olar ki, Manhetten ölçüsündə - 59,1 kvadrat kilometr ərazini tutacaq.

“Meta” şirkəti “super intellekt” adlanan texnologiyanın inkişafına böyük sərmayə qoyur. Onun rəhbərliyinin fikrincə, bu texnologiya ən ağıllı insanları üstələyə bilər. Əsasən onlayn reklamdan qazanan şirkət keçən il 160 milyard dollardan çox gəlir əldə edib.

Zukerberq “Threads”də dərc olunan paylaşım vasitəsilə bildirib ki, “Meta” bir neçə giqavat gücündə bir neçə klaster qurur və onlardan biri “Hyperion” adlanır. Bir neçə il ərzində onun gücü beş giqavata qədər arta bilər.

Xəbər lenti

Xəbər lenti