...

"Anglo Asian Mining" ilin birinci yarısında Azərbaycanda qızıl, mis və gümüş istehsalını artırıb

İqtisadiyyat Materials 15 İyul 2025 10:33 (UTC +04:00)
"Anglo Asian Mining" ilin birinci yarısında Azərbaycanda qızıl, mis və gümüş istehsalını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan AIM London birjasında qeydiyyatdan keçmiş “Anglo Asian Mining plc” şirkəti 2025-ci ilin ikinci rübü (Q2) və birinci yarısı (H1) üzrə əməliyyat-istehsalat nəticələrini ictimailəşdirib.

Trend xəbər verir ki, şirkətin hesabatına əsasən, 2025-ci ilin ikinci rübündə qızıl ekvivalentində (GEO) 8 293 unsiya istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (2 707 GEO) əhəmiyyətli dərəcədə çoxdur.

İkinci rübdə hasilat həcmi aşağıdakı kimi olub:

Mis – 654 ton (Q2 2024: 46 ton)

Qızıl – 6 086 unsiya (Q2 2024: 2 438 unsiya);

Gümüş – 32 033 unsiya (Q2 2024: 6 341 unsiya).

2025-ci ilin ilk yarısında ümumi istehsal 16 378 unsiya qızıl ekvivalentində olub (H1 2024: 5 270 GEO), o cümlədən:

Mis – 1 188 ton (H1 2024: 100 ton);

Qızıl – 12 115 unsiya (H1 2024: 4 704 unsiya);

Gümüş – 62 354 ünsiya (H1 2024: 12 746 unsiya).

2025 1-ci yarısının əsas hadisələri :

May ayında Gilar yatağında hasilata başlanılıb. Rüb ərzində burada 1,23 q/t qızıl və 0,84% mis tərkibli 106 510 ton filiz çıxarılıb.

Dəmirli yatağında hasilatın başlanması üçün hazırlıq işləri davam etdirilir.

Birinci yarımildə orta hesabla 3 077 ABŞ dolları qiymətinə 9 781 unsiya qızıl külçə satılıb (H1 2024: 2 174 dollar qiymətinə 6 000 unsiya).

Şirkət yarımil ərzində 1,8 milyon dollar müsbət pul axını saxlayaraq, 2024-cü ilin dekabr ayının sonundakı 14,8 milyon dollarlıq xalis borcu 2025-ci il iyunun 30-na 13 milyon dollara qədər azaldıb.

İkinci rübdə pul axınına Dəmirli yatağı üzrə 3,8 milyon dollarlıq kapital xərcləri daxil olub.

İyunun sonunda ehtiyatlar 7 milyon dollar həcmində qiymətləndirilib (31 mart 2025-ci il tarixində – 7,1 milyon dollar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti