Bakı. Trend:
Bu ilin birinci yarısında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə,bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon kilovat-saat və ya 0,4% azdır.
Belə ki, 2024-cü ilin ilk yarısında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda135 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 milyon kilovat-saat, yəni 2,2% artaraq 13,849 milyard kilovat-saat olub.