Bakı. Trend:
Azərbaycan Premyer Liqasının təmsilçisi "Kəpəz" növbəti transferini reallaşdırıb.
Trend-in məlumatına görə, Gəncə klubu Məqsəd İsayevi heyətinə cəlb edib. 31 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Məqsəd İsayev son olaraq "Zirə" klubunda çıxış edib və sərbəst agent statusunda "Kəpəz"ə qoşulub.
Qeyd edək ki, o, ötən mövsüm "Zirə"nin heyətində 35 matçda iştirak edib və 1 qolla yadda qalıb.