Bakı. Trend:
Vaşinqtonun NATO müttəfiqlərinə satmağı planlaşdırdığı silahların ilk partiyasının dəyəri təxminən 10 milyard dollar məbləğində qiymətləndirilir.
Trend-in məlumatına görə, bu barədə “Axios” portalı mötəbər mənbəyə istinadla məlumat yayıb.
Portal qeyd edir ki, bu silahların əsas hissəsini raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri təşkil edir.
Məlumata görə, bu silahların bir qismi gələcəkdə NATO ölkələri tərəfindən Ukraynaya ötürülə bilər. Bəzi hallarda isə Avropa ölkələri öz köhnə silahlarını Ukraynaya göndərəcək, ABŞ-nin tədarük etdiyi yeni silahları isə öz ehtiyatlarında saxlayacaqlar.
Qeyd olunur ki, bu addım NATO-nun hərbi imkanlarının gücləndirilməsi və Ukraynaya dolayı dəstəyin davam etdirilməsi məqsədilə atılır.