...

"Qəbələ" mövsümöncəsi ilk yoxlama oyununda "Şamaxı"ya qalib gəldi

İdman Materials 14 İyul 2025 21:28 (UTC +04:00)
"Qəbələ" mövsümöncəsi ilk yoxlama oyununda "Şamaxı"ya qalib gəldi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün "Qəbələ" və "Şamaxı" komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Trend-in məlumatına görə, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ"nin heyətində Ziya Şəkərxanov və Salman Ələsgərov fərqləniblər. "Şamaxı"nın yeganə qoluna isə Santos imza atıb.

Qeyd edək ki, bu qarşılaşma hər iki komanda üçün mövsümlərarası fasilədə ilk yoldaşlıq oyunu olub.

Xəbər lenti

Xəbər lenti