...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 İyul 2025 22:37 (UTC +04:00)
Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Burica bölgəsindən təxminən 206 kilometr məsafədə, 10 kilometr dərinlikdə baş verib.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində can və ya mal itkisi qeydə alınmayıb. Həmçinin, sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.

Xəbər lenti

Xəbər lenti