...

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbulu mərhələsinə başlanılır

Cəmiyyət Materials 14 İyul 2025 13:51 (UTC +04:00)
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbulu mərhələsinə başlanılır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti